- May 13, 2024
“Çinar-Park” MMC tərəfindən Abay Kunanbayev Küçəsində Elektrik Təchizatı İşləri
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3121 -ci məhəllə, Abay Kunanbayev küçəsi 78p ünvanında yerləşən çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarına elektrik kabel xəttinin çəkilməsi üçün müvafiq trasın müəyyən edilməsi ilə əlaqədar olaraq “Çinar -Park” MMC -nin 07 oktyabr 2022 -cil il tarixli müraciətinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti -Planlaşdırma Mərkəzində baxılmışdır.
TM-də gücü 1600 kVA, gərginliyi 6/0,4 kV olan iki ədəd güc transformatoru və TM-nin operativ cərəyanı təmin etmək üçün Redressor -110 V DC 18 AH qurğusu quraşdırılmışdır.
Tələb olunan aktiv güc 1280 k Vt, icazə verilən aktiv güc 1280 kVt-dir.
Eyni zamanda, 35/6 kV-luq 95 saylı yarımstansiyanın (YS) 6 kV-luq paylayıcı qurğusunda (PQ) iki dəst eleqaz açarlı, sayğac komplektli yeraltı kabel fideri (yuvalar) da quraşdırılmışdır.
35/6 kV-luq 95 saylı yarım stansiyanın (YS) 6 kV-luq paylayıcı qurğusundan (PQ) layihə əsasında yeni inşa ediləcək gərginliyi 6/ 0,4 kV-luq transformator məntəqəsindəki (TM) boru və lyuklardan istifadə edilməklə ikidövrəli 6 (1x240mm2) en kəsikli, XLPE- 10 kV markalı kabel xətti çəkilmişdir.
Xatırladaq ki, nəzərdə tutulmuş elektrik xəttinin uzunluğu 1750 mt -dir.
Bu işdə əməyi keçən, proyektin reallaşmasında zəhməti olan hər bir kəsə “yorulmayasınız”, deyir və gələcək işlərində də uğurlar arzu edirik.
Vsenergy.az