Haqqimizda background

Haqqımızda

"VS Energy Servis" MMC

"VS Energy Servis" MMC 28 mart 2011-ci ildə Səyavuş Yusifov və Vəfadar Hacıyev tərəfindən təsis edilmişdir. Şirkət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin energetika obyektlərinin, avadanlıqlarının və qurğuların quraşdırılması, sazlanması və təmiri üzrə lisenziyasına malikdir. Fəaliyyəti müddətində dövlət və özəl sektora aid olan yaşayış və sənaye obyektlərinin elektrik enerjisi ilə təmin edilməsi sahəsində geniş təcrübə toplamışdır. Bununla yanaşı, şirkət yalnız yerli bazarla kifayətlənməyərək beynəlxalq bazarlara çıxış istiqamətində də fəaliyyət göstərir. Artıq Türkiyədəki tərəfdaşlarla razılıq əldə edilmiş və "EPS Grup Elektrik Pano İmalat San. Tic. LTD" ilə birgə müəssisə yaradılaraq bir neçə layihə icra olunmuşdur.


"VS Energy Servis" MMC elektrik stansiyalarının və yarımstansiyaların tikintisini, əsas avadanlıqların, xüsusilə elektrik şkaflarının istehsalını, təmirini və quraşdırılmasını həyata keçirir. Transformator yarımstansiyalarının tikilməsi, paylaşdırıcı məntəqələrin hazırlanması və quraşdırılması sahəsində xidmətlər təqdim edir. Güc transformatorlarının istehsalı, təmiri və quraşdırılması, stansiya və yarımstansiyalarda avadanlıqların texniki yoxlanılması, təmiri və sınaq işlərinin aparılması da şirkətin əsas fəaliyyət sahələrindəndir. Elektrik qurğularının ifrat gərginlikdən mühafizəsi və müvafiq avadanlıqların quraşdırılması üzrə xidmətlər göstərilir.


Bundan başqa, 6-10, 35-110 kV gərginlik üçün paylaşdırıcı qurğuların təmiri və quraşdırılması, kompleks transformator yarımstansiyalarının və paylaşdırıcı qurğuların istehsalı, təmiri və montajı həyata keçirilir. Kabel xətlərinin çəkilməsi, təmiri və quraşdırılması, yerlə birləşdirmə və torpaqlama qurğularının hazırlanması və montajı, hava verilişi xətlərinin çəkilməsi, dayaqlarının hazırlanması, quraşdırılması və təmiri şirkətin ixtisaslaşdığı digər sahələr arasındadır. Ümumilikdə, elektrik sahəsində sınaq və laboratoriya işlərinin aparılması da "VS Energy Servis" MMC-nin fəaliyyət istiqamətlərindən biridir.